Şahzadə rəssama 4 saat ayaqlarını öpdürdü

sahzade-ressama-4-saat-ayaqlarini-opdurdu-
Oxunma sayı: 3273

Fransa polisinə Səudiyyə Ərəbistanı şahzadəsindən maraqlı şikayət daxil olub.

Qafqazinfo”nun məlumatına görə, parisli rəssam şahzadə tərəfindən təhqir olunduğuna dair polisə şikayət edib.

Qalmaqallı insident ötən ilin yayında Parisin Foş prospektində monarxın sarayında baş verib, hadisə barədə isə yalnız bu günlərdə məlumat ortaya çıxıb. Bu barədə “Le Point” nəşri yazıb.

Rəssamın iddiasına görə, şahzadə sarayı dizayn etmək istədiyindən onu iqamətgaha dəvət ediblər. Rəssam evin dizaynını beynində canlandırmaq üçün şəkillər çəkməyə başlayıb. Daha sonra bunu görən şahzadə rəssamın jurnalist qılığına girərək fotoları KİV-də yaymaq istədiyini düşünüb.

Şahzadənin əmri ilə mühafizəçilər onu döyüblər, əllərini bağlayıblar, daha sonra şahzadənin ayaqlarını öpməyə məcbur ediblər.

Şahzadə hətta, mühafizəçilərinə “Siz bu iti öldürməlisiniz, onun yaşamağa haqqı yoxdur” deyib.

Rəssama 4 saat ərzində verilən əzab-əziyyətdən sonra o bir daha həmin prospektdə görünməmək şərtilə sərbəst buraxılıb.

Adının bilinməsini istəməyən rəssam şahzadədən 20 min avro və qırılan kamerasının pulunu tələb edir.

Qeyd olunur ki, həmin şahzadə ölkəni 1975-1982-ci illərdə idarə edən kral Xalid ibn Əbdül –Əzizə Əl Səudun yaxın qohumudur.