Şahzadə ailəsi 20 ildən sonra Fransada - Olland qarşıladı + Fotolar

sahzade-ailesi-20-ilden-sonra-fransada
Oxunma sayı: 1921

Kembric hersoqu Uilyamla hersoginya Keyt Midlton Fransaya rəsmi səfərə gedib.

Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, cütlük şahzadə Diananın ölümündən 20 il sonra ilk dəfə Parisə gedib.

Şahzadə ailəsini Parisdə Yelisey sarayında prezident Fransua Olland rəsmi mərasimlə qarşılayıb.

K. Midlton mərasimdə “Catherine Walker” imzalı tünd yaşıl palto, daha sonra ingilis səfir Edvard Llevellinanın iqamətgahında təşkil olunan naharda isə “Alexander McQueen” brendindən olan qara rəngli libas geyinib.