Rza Zərrabdan xəbər var

rza-zerrabdan-xeber-var
Oxunma sayı: 3008

Mayamidə həbs olunan azərbaycan əsilli iş adamı, türkiyəli müğənni Ebru Gündeşin eks-əri Rza Zərrabın məhkəmə prosesi təxirə salınıb.

Qafqazinfo”nun “Cnnturk”ə istinadən xəbərinə görə, Zərrab Nyu-Yorkda davam edən məhkəmə prosesində günahsız olduğunu bildirib.

Onun növbəti məhkəmə prosesi avqust ayına təyin olunub.

Xatırladaq ki, R. Zərrab ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması və digər maddələrlə həbs olunub.