Rza Zərrab bu istəyinə də çatmadı

rza-zerrab-bu-isteyine-de-catmadi
Oxunma sayı: 2478

ABŞ-ın İrana qarşı sanksiyalarını nəzərə almayaraq ticarət etmək, dövləti aldatmaq, bank hesabları ilə oynamaq, “çirkli pullar”ın yuyulması və digər maddələrlə Mayamidə həbs olunan İran əsilli azərbaycanlı iş adamı Rza Zərrabın hakimin dəyişdirilməsi ilə bağlı tələbi qəbul olunmayıb.

Qafqazinfo”nun “Hurriyet”ə istinadən verdiyi məlumata görə, onun bu tələbi davaya baxan hakim Riçard Berman tərəfindən rədd edilib.

Xatırladaq ki, Riçard Berman Türkiyədə hüquqla bağlı konfranslardan birinə qatıldığı üçün Rza Zərrab onunla bağlı ədalətli qərar verməyəcəyini iddia edərək hakimin dəyişdirilməsini tələb etmişdi.