“Ruslar Türkiyəyə hücum etməyib...” - Günahkarlar cəzalanmalıdır

ruslar-turkiyeye-hucum-etmeyib-
Oxunma sayı: 4532

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Rusiyanın Su-24 təyyarəsinin vurulması ilə bağlı insidentin araşdırılması üçün birgə komissiya yaradılmasını təklif edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, prezident bildirib ki, günahkarlar cəzalandırılmalı və Rusiya ilə Türkiyə əlaqələrini bərpa etməlidir:

“Nə qədər çətin olsa da, hesab edirəm ki, bu komissiyanı birgə yaratmalı, araşdırmanı tez başa çatdırmalı, günahkarları müəyyən etməli və əlaqələri bərpa etməliyik. Mən Rusiya və Türkiyədəki dostlarımızı buna çağırıram”.

Nazarbayevin sözlərinə görə, Qazaxıstan Rusiya ilə Türkiyə arasında yaşananlara görə dərindən kədərlənir: “Hələ ki, bu məsələnin bütün nüansları bizə məlum deyil...Lakin fakt odur ki, Rusiya bombardmançıları Türkiyəyə hücum etməyiblər, terrorçularla mübarizə üçün yola düşüblər. Və dost-tərəfdaş kimi döyüşdə ortaq dil tapmalı və uzun illər ərzində inkişaf etmiş münasibətləri korlamamalı idilər”.