Rusiyaya qarşı sanksiyalar qüvvədə qalacaq

rusiyaya-qarsi-sanksiyalar-quvvede-qalacaq
Oxunma sayı: 722

ABŞ dövlət katibi Reks Tillerson Ukraynanın XİN rəhbəri Pavel Klimkinlə görüşündə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını təsdiq edib.

Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Departamentinin rəsmi nümayəndəsi  Mark Toner jurnalistlərə açıqlamasında zamanı bildirib.

“Rusiya Ukraynanın şərqinə və Krıma dair tələbləri yerinə yetirməyincə, sanksiyalar qüvvədə qalacaq”, - deyə Toner söyləyib.

Bundan əlavə Toner “Dövlət katibi ABŞ-ın Ukraynanın dəstəklənməsinə və tərəflərin Minsk öhdəliklərinə əməl etdirilməsinə sadiq qaldığını təsdiqləyib”, - deyə vurğulayıb.