Rusiyaya qarşı 35 dəfə sanksiya tətbiq olunub - Obamanın dövründə

rusiyaya-qarsi-35-defe-sanksiya-tetbiq-olunub
Oxunma sayı: 847

ABŞ prezidenti Barak Obamanın administrasiyası Rusiyaya qarşı 35 dəfə sanksiyalar tətbiq edib.

Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Rəsmi Vaşinqton 2014-cü ildən etibarən müxtəlif üsullarla Rusiyaya qarşı 35 dəfə sanksiya tətbiq edib. Amerikanın “qara siyahısı”nda hazırda 172 Rusiya vətəndaşı, eləcə də 350 hüquqi şəxs var”.

Qeyd edək ki, Respublikaçılar partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp 2016-cı il noyabrın 8-də keçirilən seçkilərdə qalib gəlib. O, yanvarın 20-də baş tutacaq inaqurasiya mərasimindən sonra öz işinin icrasına başlayacaq.