Rusiyaya daha bir diplomat şoku - Afinadakı konsul ölü tapıldı

rusiyaya-daha-bir-diplomat-soku
Oxunma sayı: 2577

Rusiyanın Yunanıstanın paytaxtı Afinadakı konsulu Andrey Malanin dünyasını dəyişib.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, konsulun cəsədi mənzilində tapılıb.

Qeyd olunur ki, diplomat işə getməyib və telefon zənglərinə cavab verməyib. Malaninin bundan narahat olan həmkarları polis əməkdaşları ilə onun evinə gedərək meyitini aşkarlayıblar.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.