Rusiyanın kəşfiyyat gəmisi ABŞ sahillərində göründü

rusiyanin-kesfiyyat-gemisi-abs-sahillerinde-gorundu
Oxunma sayı: 1226

ABŞ-ın şərq sahillərindəki beynəlxalq sularda Rusiya Hərbi-Dəniz Donanmasına məxsus “Viktor Leonov” kəşfiyyat gəmisi görünüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Fox News”a iki anonim amerikalı rəsmi mənbədən bildirilib.

Telekanalın məlumatına görə, gəmi Delaver ştatının sahilindən 112 km məsafədə aşkarlanıb.

Qeyd olunur ki, hərbçilər buna görə narahat deyillər və hələ ki, “Viktor Leonov”a nəzarət edirlər. Bu, Donald Trampın ABŞ prezidenti postuna keçdiyindən sonra baş vermiş ilk hadisədir.

“Viktor Leonov” sonuncu dəfə 2015-ci ilin aprelində ABŞ sahillərində görünüb.