Rusiyanın Dəməşqdəki səfirliyi atəşə tutuldu

rusiyanin-demesqdeki-sefirliyi-atese-tutuldu
Oxunma sayı: 631

Rusiyanın Suriyanın paytaxtı Dəməşqdə yerləşən səfirliyinin binası minaatanlardan atəşə tutulub.

Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN məlumat yayıb.

İnsident bu gün Moskva vaxtı ilə saat 15:00-da baş verib.

Antihökumət qüvvələrinin Cobar rayonu tərəfindən açdığı atəş nəticəsində binaya maddi ziyan dəyib.

Qeyd olunur ki, minalardan biri binanın əsas girişi tərəfdə, digəri isə səfirliyin hasarından kənarda partlayıb.

Hadisə nəticəsində diplomatlardan heç biri xəsarət almayıb, 4 avtomobilə ziyan dəyib.

Rəsmi Moskva baş vermiş hadisə ilə əlaqədar BMT-nin antiterror qətnamələrinin icrasını və terrorçuların silah və pulla təmin olunmasının dayandırılmağını tələb edir.