Rusiyanın baş nazir müavini İran səfərini ləğv etdi - Gizlilik pozulub

rusiyanin-bas-nazir-muavini-iran-seferini-legv-etdi
Oxunma sayı: 1287

Rusiya baş nazirinin müavini Dmitri Roqozin konfidensiallıq rejiminin pozulması ilə bağlı İrana səfərindən imtina edib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, səfər fevralın 13-nə nəzərdə tutulsa da, son anda “texniki səbəblər” əsas gətirilərək ləğv edilib.

“Kommersant”ın mənbəsinə istinad edərək yaydığı məlumata görə, əsl səbəb rusiyalı baş nazirin gizliliyin qorunmasını xahiş etməsinə baxmayaraq, İran mətbuatında Roqozinin səfəri ilə bağlı informasiyanın yer alması olub.

Mənbənin sözlərinə görə, görüş zamanı Roqozin İranın qərb ölkələrindən təyyarə almaq planını müzakirə etməyi nəzərdə tutmuşdu.