Rusiyanın Argentinadakı səfiri istefaya göndərilir - Xanımı prezidenti tənqid edib

rusiyanin-argentinadaki-sefiri-istefaya-gonderilir
Oxunma sayı: 1310

Rusiyanın Argentinadakı səfiri Pablo Anselmo Tettamanti vəzifəsindən azad olunacaq.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, müvafiq fərman Argentina hökumətinin rəsmi saytında yerləşdirilib.

Sənəddə qeyd olunur ki, səfirə Xarici İşlər Nazirliyində vəzifə veriləcək.

Yeni səfirin kim olacağı haqda məlumat yoxdur.

“Ambito” qəzetinin məlumatına görə, Tettamantinin XİN-ə təyinatı xanımı Elida de Biançettinin Feysbuk hesabında prezident Maurisimo Makrinin siyasətini tənqid etməsi ilə bağlı ola bilər.