Rusiyanın ABŞ-dan yeni tələbi

rusiyanin-abs-dan-yeni-telebi
Oxunma sayı: 1170

Rəsmi Moskva ABŞ-da istirahət üçün orada Rusiyaya məxsus olan diplomatik bina və əraziləri Vaşinqtondan tələb edib.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyak bildirib.

“Bu qərar Vyana Konvensiyasının keçmiş administrasiyasının diplomatik mülkiyyət toxunulmazlığı təmin etmək üçün nəzərdə tutulmuş öhdəlikləri ilə ziddiyət təşkil edir2, - deyə səfir qeyd edib.

Kislyakın sözlərinə görə, bu o qədər də sadə məsələ deyil: “Bizim də hər kəsdə olduğu kimi diplomatik mülkiyyətə sahib olmaq hüququ var və heç kimin bunu bizdən almağa haqqı yoxdur”.

Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Barak Obama ötən il dekabrın 29-da Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Amerika liderinin sanksiyaları Rusiya Federal Təhlükəsizlik Xidməti və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinə şamil olunub. Bundan əlavə Rusiyanın Nyu-Yorkdakı iki yaşayış kompleksi bağlanıb.