Rusiyalı həkimlər İslam Kərimov üçün - Özbəkistana getdilər

rusiyali-hekimler-islam-kerimov-ucun-
Oxunma sayı: 2611

Özbəkistan prezidenti İslam Kərimovun müalicəsinə Rusiyanın Burdenko adına Neyrocərrahiyyə İnstitutunun əməkdaşlarından ibarət qrup cəlb olunub.

Qafqazinfo”nun məlumatına görə, bu barədə “Lenta.ru” saytına institutun elmi rəhbəri Aleksandr Konovalov bildirib.

“Orada bizim çox bacarıqlı mütəxəssislərimiz var”, - A. Konovalov söyləyib.

Xatırladaq ki, 78 yaşlı Özbəkistan prezidenti avqustun 27-də xəstəxanaya yerləşdirib. Qızı Lola Kərimova atasının beyin qanaması keçirdiyini bildirmişdi. İslam Kərimovun ölüm xəbəri belə yayılmışdı, lakin prezident aparatındakı mənbə “Ria Novosti”yə açıqlamasında xəbəri təkzib etmişdi.