Rusiyada vertolyot yoxa çıxdı - 3 nəfərin taleyindən xəbər yoxdur

rusiyada-vertolyot-yoxa-cixdi
Oxunma sayı: 895

Rusiyanın Zabaykal ərazisinin Baleyskiy rayonunda “Robinson R44” tipli vertolyot yoxa çıxıb.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, vertolyotun göyərtəsində 3 nəfər olub.

Təcili yardım xidmətinin məlumatında qeyd olunur ki, təyyarə Zolotoreçensk- Tsalay-Kaday marşrutu üzrə hərəkət edirmiş. Lakin o, daha sonra radarlardan itib.

Hazırda hadisə ilə bağlı araşdırmalar aparılır.