Rusiyada Türkiyə vətəndaşlarına təzyiq - Səfirlik izah tələb edir

rusiyada-turkiye-vetendaslarina-tezyiq-
Oxunma sayı: 2708

Türkiyənin Rusiyadakı səfirliyi bu ölkənin hökümətindən vətəndaşlarına qarşı təzyiq edilməsi barədə şikayətlərə izah tələb edib.

“Qafqazinfo” oxu.az-a istinadən istinadən xəbər verir ki, Rusiyada yaşayan Türkiyə vətəndaşları RF rəsmi orqanları tərəfindən təzyiqə məruz qalmaları barədə şikayət edirlər.

“Son günlərdə Rusiyanın müxtəlif şəhərlərində yaşayan Türkiyə vətəndaşlarından Rusiya rəsmi orqanlarının nümayəndələri tərəfindən təzyiqə məruz qalmaları barədə səfirliyə şikayətlər daxil olub. Şikayətlə biznesmen, tələbə və sadə vətəndaşlar tərəfindən daxil olur”, - səfirliyin məlumatında bildirilir.

“Səfirlik onlarla əlaqə saxlayır, bu şikayətləri dəqiqləşdirdikdən sonra Rusiya Xarici İşlər nazirliyi və müvafiq qurumlara məlumat göndərir. Biz Rusiya hökümətindən bu təzyiqlərin dayandırılmasını gözləyirik”, - məlumatda qeyd olunur.