Rusiyada təyyarə yoxa çıxdı - 10 nəfərlə

rusiyada-teyyare-yoxa-cixdi
Oxunma sayı: 1510

Rusiyada meşə yanğınları baş verən zonaya göndərilən İl-76 təyyarəsi yoxa çıxıb.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, yanğın ərazisində dövrə vuran təyyarə bu gün səhər xilasedicilərlə əlaqəyə girməli olsa da, bu baş verməyib. Təyyarənin güclü tüstülənmə olan ərazidə yoxa çıxdığı ehtimal edilir. İçərisində 10 nəfər ekipaj üzvü olan İl-76-nın axtarışına Moskvadan xilasedicilər göndərilib.