Rusiyada təyyarə qəzaya düşdü - 3 yaralı + Yenilənib

rusiyada-teyyare-qezaya-dusdu
Oxunma sayı: 1349

Göyərtəsində 3 ekipaj üzvü və 22 nəfərin olduğu “Mi-8” tipli təyyarə Rusiyanın Yamal-Nenets Muxtar Dairəsində qəzaya düşüb.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə hüquq-mühafizə orqanlarından olan mənbə bildirib.

Mənbənin sözlərinə görə, ekipaj üzvləri ilə əlaqə kəsilib. Təyyarənin məcburi enişi barədə təyyarədəki sərnişinlərdən biri məlumat verib.

Qəza nəticəsində xəsarət alanların sayı dəqiq deyil.

Təyyarənin “Skol” aviaşirkətinə məxsus olduğu qeyd olunur.

***

Hadisə nəticəsində 3 nəfər yaralanıb.

Qəzaya əlverişsiz hava şəraitinin səbəb olduğu bildirilir.