Rusiyada təyyarə qəzası - Ölənlər var + Fotolar

rusiyada-teyyare-qezasi
Oxunma sayı: 4185

Rusiyanın Orenburq vilayətində Sterlitamak şəhərindən Orska uçan yüngül motorlu An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“Qafqazinfo” oxu.az-a istinadən xəbər verir ki, təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb.

İlkin məlumata görə, qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib.

Təyyarə “Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi.

Təyyarənin göyərtəsində olan iki ekipaj üzvü və bir “Transneft” şirkətinin nümayəndəsi hadisə yerindəcə ölüblər.