Rusiyada son iki ildə 1000-ə yaxın insan - Həkim səhvindən ölüb

rusiyada-son-iki-ilde-1000-e-yaxin-insan
Oxunma sayı: 701

Rusiyada ötən il həkim səhvi ucbatından 700 nəfər ölüb.

Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastırkin məlumat verib. Onun sözlərinə görə, 2015-ci ildə yatrogen cinayətlərin qurbanlarının sayı 888 nəfər olub. Həkim səhvi və yanlış müalicə nəticəsində onlardan 712-si ölüb. Həmin qurbanlardan 317-si isə uşaq olub.

2016-cı ildə isə həkim səhvi ucbatından 142-si uşaq olmaqla 352 insan ölüb.