Rusiyada azərbaycanlı sahibkar saxlanılıb

rusiyada-azerbaycanli-sahibkar-saxlanilib
Oxunma sayı: 1139

Rusiyada azərbaycanlı sahibkara məxsus saxta spirt istehsal edən və qablaşdıran sex aşkar edilib.

Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, regional Federal Təhlükəsizlik Xidməti İdarəsi əməkdaşları DİN baş idarəsi əməkdaşları ilə birgə keçirdikləri əməliyyat zamanı təxminən 400 ədəd onlitrlik spirt tərkibli maye qutusu, 5 qutu etil spirti və 3,5 min saxta alkoqol şüşəsi aşkarlayaraq götürüblər.

Sexdən, həmçinin ticarət markası olan etiketlər və saxta aksiz markalar götürülüb. Obyektdə Mərkəzi Asiyadan olan miqrantların çalışdığı məlum olub.

Azərbaycanlı sahibkar isə saxlanılıb.