Rusiya yenə bombaladı - 9 vətəndaş öldü

rusiya-yene-bombaladi
Oxunma sayı: 1930

Rusiya ordusuna aid döyüş təyyarələri Suriyanin İdlib Cəbəl əl-Zaviyə bölgəsindəki İhsim diyarına hücum təşkil edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 3-ü mülki müdafiə personalı və 9 vətəndaş dünyasını dəyişib.

Rus təyyarələrinin bölgəyə köməyə gələn mülki müdafiə qrupuna da hücum etdiyi bildirilib.

Dağıntılar altında xeyli insanın qaldığını, xilasetmə qüvvələrinin hələ də hadisə yerinə cəlb olunmadığı qeyd edilib.