Rusiya yardım karvanını bombaladı - Foto+Video+ Yenilənib

rusiya-yardim-karvanini-bombaladi
Oxunma sayı: 10009

Rusiya döyüş təyyarələrinin Suriyanın Azez şəhərində humanitar yardım aparan karvanı vurduğu iddia edilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada hava əməliyyatlarına davam edən Rusiyaya aid döyüş təyyarələrinin vurduğu yük avtomobilinin hansı təşkilata aid olduğu təyin olunmayıb.

Bölgədəki mənbələrin verdiyi məlumata görə, hücum zamanı 3 nəfər dünyasını dəyişib.

***

Anadolu Agentliyinin məlumatına görə, hücum zamanı 20 yük maşını yanıb. Xəbər agentliyi iddia edir ki, partlayışda 7 nəfər ölüb,20 nəfər yaralanıb.