Rusiya və Türkiyə birgə ilk hava əməliyyatına başladı - İŞİD-ə qarşı

rusiya-ve-turkiye-birge-ilk-hava-emeliyyatina-basladi
Oxunma sayı: 1446

Rusiya və Türkiyə hərbi aviasiyası Hələb şəhərinin Əl-Bab kəndi ətrafında İŞİD terror təşkilatına qarşı ilk dəfə birlikdə hava əməliyyatına başlayıb.

Qafqazinfo”nun “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələri Baş Qərargah İdarəsinin rəisi Sergey Rudskoy bildirib.

“Suriya tərəfi ilə razılaşdırılmış hava əməliyyatına Rusiya Hərbi-Hava Qüvvələrinə məxsus 9 döyüş təyyarəsi, həmçinin 4 ədəd “Su-24M”, 4 ədəd “Su-25”, 1 ədəd “Su-34” bombardmançı, eləcə də Türkiyə Hərbi-Hava Qüvvələrinə məxsus 8 təyyarə: 4 ədəd “F-16”, 4 ədəd “F-4” yönləndirilib”, - deyə general söyləyib.