Rusiya Türkiyə ilə vizasız rejimi dayandırdı

rusiya-turkiye-ile-vizasiz-rejimi-dayandirdi
Oxunma sayı: 2867

Rus təyyarəsinin Türkiyə qırıcıları tərəfindən vurulmasından sonra Rusiya növbəti sərt qərar tətbiq edib.

“Qafqazinfo” xəbər verir ki, Xarici işlər naziri Sergey Lavrov açıqlama verərək bildirib ki, Rusiya 2016-cı ilin yanvarın 1-dən etibarən Türkiyə ilə vizasız rejimini dayandırıb. 

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında 2010-cu ildə imzalanan sazişə görə qarşılıqlı olaraq viza rejimi ləğv edilmişdi.