Rusiya səfirliyinin yerləşdiyi rayon atəşə tutuldu

rusiya-sefirliyinin-yerlesdiyi-rayon-atese-tutuldu
Oxunma sayı: 1348

Terrorçular Dəməşqin Mazraa rayonunu minaatanlarla atəşə tutublar.

Qafqazinfo”nun “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, Mazraa rayonunda Rusiya səfirliyinin binası yerləşir.

Səfirliyin ərazisinə yaxın iki mərmi partlayıb.

Hadisə nəticəsində ölən və xəsarət alanlar yoxdur.

Qeyd edək ki, hücum terrorçuların nəzarətində olan Cobar rayonundan həyata keçirilib.