Rusiya səfirinin qətli ilə bağlı yeni həbslər

rusiya-sefirinin-qetli-ile-bagli-yeni-hebsler-
Oxunma sayı: 1363

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətli ilə bağlı 2 nəfər həbs olunub.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məhkəmə qərarı ilə 1-i polis olmaqla 2 nəfər həbs olunub. Həbs edilənlər FETO terror təşkilatına üzv olmaqda ittiham olunublar.

Qeyd edək ki, Andrey Karlov 2016-cı ilin dekabrın 19-da sərgidə iştirak edərkən Mevlüt Mert Altıntaşın tərəfindən öldürülüb.