Rusiya prezidenti bu 3 həmkarı ilə görüşəcək

rusiya-prezidenti-bu-3-hemkari-ile-gorusecek
Oxunma sayı: 1539

Rusiya prezidenti Vladimir Putin 27-28 fevral tarixlərində Qazaxıstan, Tacikistan və Qırğısıztana rəsmi səfər edəcək.

Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Putinin səfərləri Rusiyanın bu, 3 dövlətlə diplomatik əlaqələrinin qurulmasının 25 illiyi münasibətilə təşkil olunacaq. Bu barədə prezidentin köməkçisi Yuriy Uşakov bildirib.

Qeyd olunur ki, V. Putin fevralın 27-də Alma-Atada Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə görüşüb onunla iki ölkə arasında ticari-iqtisadi və mədəni-humanitar, energetika sferalarındakı aktual məsələləri müzakirə edəcək.
Rusiya başçısı həmin gün Tacikistana qısa rəsmi səfər edərək Düşənbədə prezident Emoməli Rəhmonla görüşəcək. Növbəti gün isə o, Bişkekə uçaraq Qırğızıstan lideri Almazbek Atambayevlə danışıqlar aparacaq.