Rusiya mərmiləri İrana düşdü - Yenilənib

rusiya-mermileri-irana-dusdu
Oxunma sayı: 3066

Rusiya Xəzər Dənizindəki döyüş gəmisindən Suriyaya atdığı mərmilərdən dördü İrana düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN International kanalı ABŞ mənbələrinə istinadən məlumat yayıb.

Verilən məlumata görə, İrana düşən mərmilər bir neçə nəfərin həyatına son qoyub.

Mərmilərin İranda tam olaraq hara düşdüyü dəqiq bilinmir.

***

Gazeta.ru-nun yaydığı məlumata görə, İranın Daxili İşlər Nazirliyi məsələ ilə bağlı xəbəri təkzib edib. İrana heç bir raketin düşmədiyini bildiriblər.