“Rusiya ilə münasibətlərimizi bu alçaqlar korlamışdılar” - Merdən şok açıqlama

rusiya-ile-munasibetlerimizi-bu-alcaqlar-korlamisdilar-
Oxunma sayı: 10090

Ankara meri Melih Gökçek CNN Türk-ün canlı efirində gündəmə çevrilən açıqlama verib.

Qafqazinfo”nun məlumatına görə, o bildirib ki, Türkiyədəki hərbi çevrilişdə iştirak edənlərin arasında Rusiyaya məxsus “Su-24” təyyarəsini vuran pilot da olub.

Gökçekin sözlərinə görə, həmin bombardmançı pilot hökumət tərəfindən terroru təbliğ etməkdə ittiham edilən Fətullah Gülənin təşkilatının üzvüdür:

“100 faiz əminəm ki, bu insident həmin strukturda işləyən pilotun iştirakı ilə baş verib. Bu günə qədər biz bunu dilə gətirmirdik. Amma mən-Melih Gökçek bəyan edirəm ki, bizim Rusiya ilə münasibətlərimizi məhz bu alçaqlar korlamışdılar”.

Mer əlavə edib ki, “paralel hökumət” Türkiyəni beynəlxalq arenada zəiflətmək planını həyata keçirməyə çalışır.