Rusiya döyüş təyyarələrinin Suriyanın Azez şəhərində humanitar yardım aparan karvanı vurduğu iddia edilir.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Suriyada hava əməliyyatlarına davam edən Rusiyaya aid döyüş təyyarələrinin vurduğu yük avtomobilinin hansı təşkilata aid olduğu təyin olunmayıb.
Bölgədəki mənbələrin verdiyi məlumata görə, hücum zamanı 3 nəfər dünyasını dəyişib.
***
Anadolu Agentliyinin məlumatına görə, hücum zamanı 20 yük maşını yanıb. Xəbər agentliyi iddia edir ki, partlayışda 7 nəfər ölüb,20 nəfər yaralanıb.