“Rusiya heç bir dövlətə zərbə vurmağa hazırlaşmır” - Putin

rusiya-hec-bir-dovlete-zerbe-vurmaga-hazirlasmir
Oxunma sayı: 1177

“Rusiyanın heç bir dövlətə zərbə vurmaq planı yoxdur. Belə düşünmək gülməli və ağılsızlıqdır”.

Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Müzakirə Klubunda çıxışı zamanı bildirib.

“Mən bu məsələ ilə bağlı ABŞ, Avropadan olan bütün jurnalistlərin analitik yazılarını oxumuşam. Bu, olduqca ağılsız və real olmayan fikirlərdir”, - deyə Putin söyləyib.