Rusiya Baş Qərargah rəisi Türkiyəyə gedir

rusiya-bas-qerargah-reisi-turkiyeye-gedir
Oxunma sayı: 1363

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeriy Gerasimov avqustun 26-da Türkiyədə rəsmi səfərdə olacaq.

Qafqazinfo”nun “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, onu Rusiya hərbi nümayəndə hüyəti müşayiət edəcək.

V. Gerasimov səfər çərçivəsində türkiyəli həmkarı Hulusi Akarla görüşəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin avqustun 31-də Türkiyəyə rəsmi səfər edəcək. Həmin tarixdə Antalyada Türkiyə ilə Rusiya arasında futbol üzrə yoldaşlıq matçı keçiriləcək. Rusiya lideri türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə matçı seyr edəcək.

Putin səfər çərçivəsində Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslərlə də görüşəcək.