Rus sonluqlu soyadlar qadağan edildi - Prezident tapşırıq verdi

rus-sonluqlu-soyadlar-qadagan-edildi
Oxunma sayı: 7602

Tacikistanda soyadlarda rus sonuluqları qadağan edilib.

Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, artıq yeni sənədlərdə həmin soyadlardan istifadə edilməyəcək. Rus sonluqlu soyadlar ancaq sənədlərini dəyişdirməyən şəxslərdə olduğu kimi qala bilər. Bununla bağlı ölkə prezidenti Emomali Rəhmon birbaşa qadağa qoyub: “Biz öz milli və vətənpərvər hisslərimizə sahib çıxmalı və onları inkişaf etdirməliyik”.

Qeyd edək ki, Tacikistanda rus soyadından ilk imtina edən şəxs də elə 2007-ci ildə prezident Emomali Rahmonov olub.