Rus nazir Bakıdakı Avropa oyunlarından danışdı

rus-nazir-bakidaki-avropa-oyunlarindan-danisdi
Oxunma sayı: 1994

Rusiyanın idman naziri Vitali Mutko Bakıda 2015-ci ilin iyun ayında keçirilmiş birinci Avropa oyunlarından danışıb.

“Qafqazinfo”nun ans press-ə istinadən məlumatına görə, V. Mutko Avropa oyunlarının rusiyalı idmançıların karyerası üçün ən vacib anlar olduğunu deyib. Bu barədə "Moskva- Baku" məlumat yayıb.

Nazirin sözlərinə görə, Bakıdakı oyunlar Rusiyadan olan gənc idmançılar üçün doğrudan da əvəzolunmaz təcrübəyə çevrilib: “Demək lazımdır ki, Avropa oyunları onlar üçün idman karyerasının yeni mərhələsinə keçmək üçün müəyyən meydança rolunu oynadı. İdmançılar öz istedadlarını aça bildilər. Biz yeni adlar eşitdik. Atlet məşq edə və gözəl formada ola bilər. Lakin onun səviyyəsini qiymətləndirmək üçün bu cür ciddi idman tədbirlərində iştirakı zərurudir”.