“Röyter” təxribat törətdi

royter-texribat-toretdi
Oxunma sayı: 761

Teleqraf.az “Milliyet” qəzetinə istinadən xəbər verir ki, “Röyter”in yaydığı məlumatda Vanda yaşayanların milli kimliyinə xüsusi işarə olunub və qeyd olunub ki, zəlzələ PKK terrorçularının çox olduğu Erciş qəsəbəsini də vurub. “Röyters” xatırladıb ki, bu zəlzələdən bir neçə gün öncə PKK-çılar 24 türk əsgərini öldürüblər.

Teleqraf.az “Röyter”in yaydığı xəbərdəki bəzi məqamları diqqətinizə çatdırır:

"Bazar günü baş vermiş zəlzələ nəticəsində 260-dan artıq insan həlak olub, 1300 nəfər yaralanıb. Zəlzələnin baş verdiyi Van bölgəsində daha çox kürdlər və I Dünya Müharibəsində soyqırıma və təqiblərə məruz qalmış ermənilər yaşayır”.

Türkiyə mətbuatı “Röyter”in təqdim etdiyi xəbərdə faciəni bir kənara qoyub ərazidə məskunlaşmış insanların milliyətinə işarə olunmasını pisləyib və bu davranışın “Röyters”in səviyyəsinə münasib olmadığı qeyd olunub. Bu barədə “Milliyət” qəzetində dərc olunmuş yazıya “Sanki bu xəbəri “Röyter" yox, erməni xəbər agentliyi yayıb” cümləsi ilə nöqtə qoyulub.