Reks Tillerson Türkiyəyə gedir

reks-tillerson-turkiyeye-gedir
Oxunma sayı: 1034

ABŞ Xarici işlər naziri Reks Tillerson martın 30-da Türkiyəyə rəsmi səfər edəcək.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, bu səfər Donald Trampın ABŞ prezidenti postuna seçildikdən sonra XİN səviyyəsində ilk olacaq.

Qeyd edək ki, R. Tillerson bu gün Asiya turuna başlayıb. O, ilk olaraq Yaponiyaya gedib, oradan Cənubi Koreya və Çinə səfər edəcək.