“Reina” terrorunda yaralanan şühbəli amerikalı

reina-terrorunda-yaralanan-suhbeli-amerikali
Oxunma sayı: 2598

İstanbulda gecə klubuna terror hücumu zamanı yaralanan və olaydan bir gün sonra ölkəsinə geri dönən ABŞ vətəndaşı ilə bağlı yeni faktlar ortaya çıxıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Jakob Raakın Amerika Dəniz Piyadasında çalışdığı iddia edilir.

Qeyd edək ki, 39 nəfərin öldürüldüyü həmin gün turistlər də aralarında olmaqla xeyli insan yaralanmışdı.

Lakin mətbuatın ən çox diqqətini çəkən yaralı turist Jakob Raak olub. Belə ki, ayağından yaralanan amerikalının təcili yardım maşınında sərgilədiyi soyuqqanlılıq, eyni zamanda yaralı insana xas olmayan rahatlıq şübhə doğurub.

Digər şübhəli iddia isə onun Pensilvaniyada silah satıcısı olaraq çalışması ilə bağlıdır.