“Reina” terrorçusunun arvadı saxlanılıb - Maşaripov isə oğluyla birgə...

reina-terrorcusunun-arvadi-saxlanilib
Oxunma sayı: 2130

İstanbulun “Reina” gecə klubunda 39 nəfəri öldürən özbək əsilli terrorçu Əbdülqədir Maşaripovun həyat yoldaşı ələ keçirilib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Maltəpədə bir evə edilən basqın zamanı polislər terrorçunun 1,5 yaşındakı qızını isə qoruma altına alıblar.

Maşaripovun hücumdan sonra 4 yaşlı oğlunu da götürərək qaçdığı məlum olub. Polis isə qadının ifadəsi əsasında İŞİD-in İstanbulda qaldığı yerlərin və Maşaripova yardım edən şəxslərin axtarışına başlayıb.