“Reina” terrorçusu xəstəxanaya belə aparıldı - Fotolar + Video

reina-terrorcusu-xestexanaya-bele-aparildi
Oxunma sayı: 7860

Xəbər verdiyimiz kimi, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda terror törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov dünən gecə tutulub.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, terrorçu bu gün sağlıq nəzarətinin yoxlanışı üçün İstanbulun Fatih vilayətində “29 May Təhsil və Araşdırma Xəstəxanası”na gətirilib.

Terrorla Mübarizə Şöbəsinin əməkdaşları Çevik Qüvvət Özəl Komanda heyətindən ibarət 250 polislə xəstəxanaya gedən bütün yolları barrikadalarla əhatəyə alıb.

Ə. Maşaripov xəstəxanadan çıxarılarkən polislər qalxanlarını qaldıraraq terrorçunun şəklinin çəkilməsinə mane olublar.

Qeyd edək ki, terrorçu İstanbulda hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində Esenyurt vilayətində 4 yaşlı oğlu ilə birlikdə yaxalanıb. İŞİD hücrəsinə edilən hücum nəticəsində Ə. Maşaripovla birlikdə daha 4 nəfər saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

Xatırladaq ki, “Reina”da törədilmiş terror aktı nəticəsində 39 nəfər ölmüş, 66 nəfər isə yaralanmışdı.