“Reina” terrorçusu son söz dedi - Edam hökmü istədi

reina-terrorcusu-son-soz-dedi-
Oxunma sayı: 2585

Yeni il gecəsi İstanbulun “Reina” klubunda terror törədən Abdulqədir Maşaripov son sözlə çıxış edib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Maşaripov öz ifadəsində törətdiyi əməldən peşman olmadığını deyib. O, “Nəyə görə mənə “Türkiyə əleyhinə işləyir, Türkiyəyə qarşıdır” deyirlər. Mən Türkiyə dövlətinə qarşı nəsə etdiyimi düşünmürəm. Mən qisas aldım, qisas aldığımı düşünürəm”,- deyib. Bundan başqa, terrorçu onu da əlavə edib ki, “Reina”ya ölmək üçün girmişdi və barəsində edam hökmü istəyir.

Xatırladaq ki, Yeni il gecəsi törədilən terroda 39 nəfər dünyasını dəyişib, 65 nəfər yaralanıb.

Aysel Kərimova