“Reina” terrorçusu cinayəti etiraf etdi - 4 dil bilir...

reina-terrorcusu-cinayeti-etiraf-etdi
Oxunma sayı: 4508

İstanbul valisi “Reina” terrorçusu ilə bağlı maraqlı faktlar açıqlayıb.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, Vahip Şahin bildirib ki, kod adı Əbu Muhammed Horasani olan Əbdülqədir Maşaripov 1983-cü ildə Özbəkistanda doğulub. Dörd dil bilən terrorçunun Əfqanıstanda yaxşı təlim keçdiyini deyən vali gizləndiyi evdən 197 min dollar ələ keçirildiyini bildirib.

Əməliyyat aparılarkən təxminən 7200 saat kameralar müşahidə altında olub və 2 min polis cəlb olunub.

Terrorçu cinayətini etiraf edib, barmaq izlərinin də üst-üstə düşdüyü bildirilir.