“Reina”dakı terakta görə daha 9 nəfər həbs olundu

reinadaki-terakta-gore-daha-9-nefer-hebs-olundu
Oxunma sayı: 791

İstanbulda “Reina” gecə klubunda törədilən qətliamla bağlı saxlanılan 10 nəfərdən 9-u həbs olunub, 1 nəfər isə sərbəst buraxılıb.

Qafqazinfo”nun “Milliyet”ə istinadən verdiyi məlumata görə, İŞİD terror qruplaşmasının üzvü olan şübhəlilər haqqında “Konstitusiya nizamını aradan qaldırmağa təşəbbüs və silahlı terror təşkilatına üzv olmaq” cinayət maddəsi üzrə həbs qətimkan tədbiri seçilib.

İstintaq tədbirləri çərçivəsində bugünə qədər 30-dan artıq insan həbs olunub.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.

Teraktı törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb.