““Reina”da 3 terrorçu vardı, biri qadın idi” - Sağ qalan turist

reinada-3-terrorcu-vardi-biri-qadin-idi
Oxunma sayı: 5146

İstanbulun “Reina” gecə klubunda baş verən terrorla bağlı yeni məlumatlar əldə edilib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror hücumu zamanı həyat yoldaşıyla birgə dənizə atlayaraq xilas olan Səudiyyə Ərəbistanından olan məşhur iş adamı Adnan Kaşıkçının qardaşı oğlu Hasan Kaşıkçının sözlərinə görə, terrorçular masa-masa gəzərək atəş açıblar.

O bildirib ki, həyat yoldaşı Məryəmlə birgə terrordan 40 dəqiqə əvvəl kluba gedib. Qəflətən silah səsləri eşidilib: “Arvadım “uşaqlarımı istəyirəm, evə getmək istəyirəm” deyə bağırdı. Mən isə ona “indi cənnəti düşünməlisən” deyə bağıraraq cavab verdim".

Al Arabiya kanalına reportajında səudiyyəli turist onu da vurğulayıb ki, atəş açan 3 nəfər olub və onlardan biri qadın idi.

Kaşıkçı qeyd edib ki, onlar ərəb dilində danışmırdılar, lakin əcnəbi olublar.