Qubernatorun olduğu helikopter qəza enişi etdi

qubernatorun-oldugu-helikopter-qeza-enisi-etdi
Oxunma sayı: 640

ABŞ-ın Nyu-York ştatının polisinin helikopteri qəza enişi edib.

Qafqazinfo” xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb. 

Məlumata görə, insident yanvarın 11-də baş verib. Qəza enişi zamanı helikopterin göyərtəsində ştatın qubernatoru Enrdyu Kuomu, onun iki köməkçisi və mühafizəçi olub. Helikopterdə olan sərnişinlər tüstü iyi hiss etdikləri üçün pilot təcili eniş edib.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.