Qorbaçovun Ukraynaya girişi qadağan olundu

qorbacovun-ukraynaya-girisi-qadagan-olundu
Oxunma sayı: 1227

Ukrayna Milli Təhlükəsizlik Xidməti keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçovun Ukraynaya səfərinə 5 illik qadağa qoyub.

Qafqazinfo”nun Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə qurumun nümayəndəsi Yelena Qitlyanskaya bildirib.

“Bu addım dövlət təhlükəsizliyinin təmin edilməsi, xüsusilə Krımda hərbi əməliyyatlara ictimai dəstək məqsədilə atılıb”, - Y. Qitlyanskaya söyləyib.

Qeyd edək ki, Qorbaçovun Ukraynaya girişinə qadağan olunması onun “The Sunday Times” nəşrinə müsahibəsində prezident Vladimir Putinin Rusiyanı Krımla birləşdirmək istəyini dəstəkləməsi ilə əlaqədardır.

Qorbaçov müsahibəsində eynilə Putin kimi addmı ata biləcəyini vurğulayıb:  “Mən həmişə xalqların öz iradəsini sərbəst ifadə etmələrinin tərəfdarı olmuşam, Krımda isə çoxluq Rusiyaya birləşməyin tərəfdarı idi”.