Qorbaçov villasını satışa çıxardı

qorbacov-villasini-satisa-cixardi
Oxunma sayı: 2047

keçmiş SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov Almaniyanın Teqernze şəhərindəki villasını satışa çıxarıb.

Qafqazinfo” xəbər verir ki, “Süddeutsche Zeitung” qəzetinin məlumatına görə, Qorbaçovun 10 il öncə aldığı villa Teqernze gölünün sahilində yerləşir.

1908-ci ildə tikilən üç mərtəbəli villanın 600 kvadrat metrlik sahəsi var. Qəzet daşınmaz əmlakın dəqiq qiyməti haqda yazmasa da, villanın bir neçə milyon avro dəyərində olduğu bildirilir.