Qızının müdafiəsinə qalxdı - “Ona qarşı haqsızlıq oldu”

qizinin-mudafiesine-qalxdi
Oxunma sayı: 3649

Amerikanın pərakəndə satış şirkəti “Nordstrom” prezidentin qızı İvanka Trampın brendinin satışının azalması səbəbindən markadan imtina edib.

Qafqazinfo” xəbər verir ki, 35 yaşlı biznes-ledi məsələ ilə bağlı açıqlama verməsə də, ilk şərh atası Donald Trampdan gəlib.

O, Tvitter mikrobloqunda pərakəndə moda şirkətinin bu qərarından narazılığını ifadə edib: ““Nordstrom” qızım İvankaya qarşı haqsızlıq etdi. O, böyük şəxsiyyətdir, məni həmişə doğru hərəkət etməyə motivasiya edir. Bu, dəhşətdir!”.

Ağ Evin rəsmi nümayəndəsi Şon Spayser isə bildirib ki, Tramp bu bəyanatı biznes maraqları naminə deyil, sevən ata kimi səsləndirib.