Qızılqum səhrasına qar yağdı

qizilqum-sehrasina-qar-yagdi
Oxunma sayı: 2215

Özbəkistanın ən isti yerlərindən sayılan Qızılqum səhrasına qar yağıb.

“Qafqazinfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə məlumatı Özbəkistan Dövlət Təbiəti Qoruma Komitəsi yayıb.

Komitə bildirib ki, ölkənin əyalətlərinə qar yağması adi haldır, lakin Qızılquma bu qədər qarın yağması nadir hadisədir.

Qızılqum səhrası Amudərya və Sırdərya çayları arasında yerləşir.

Bu səhra Özbəkistan, Qazaxıstan və Türkmənistan dövlətlərinin ərazisinə daxildir. Sahəsi 300 min kvadratkilometrdir.