Qırğızıstanda hökumət istefaya gedir

qirgizistanda-hokumet-istefaya-gedir
Oxunma sayı: 948

Qırğızıstanın sosial-demokratlar partiyasının fraksiyasının koalisiyadan çıxması ilə hökumət istefaya getməyə hazırlaşır.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, partiya sədri İsa Omurkulov koalisiyadan çıxmalarını ora daxil olan digər fraksiyalarla siyasi baxışlarının üst-üstə düşməməsi ilə əlaqələndirib. 

Qırğızıstan konstitusiyasına görə, koalisiyanı hər hansı fraksiyanın tərk etməsi onun süqutuna, eyni zamanda hökumətin istefasına gətirib çıxarır.

Qeyd edək ki, hazırki hökumət bu ilin aprelində formalaşmışdı.